Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Vəkil Cavad Cavadov bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, hüquqlarını qoruduğu Qarabağ qazisi, siyasi məhbus Babək Həsənovla görüşüb:

"Dostlar söz verdiyim kimi vəkil kimi səlahiyyətlimdən istifadə edib müvəkkilərimlə cəza çəkmə müəssisələrində görüşməklə ordakı durumları obyektiv olaraq dəyərlləndirməyə çalşacam.

Bu gün Həsənov Babəklə görüşmək üçün 6 saylı Cəza Çəkmə Müəssisəsində oldum.

Müəəssisəyə daxil olmaq üçün ciddi tələblər mövcuddur. Əllər spirtli məhlulla təəmizlənir, maska taxılır, ütəlik əllərə rezin əlcəklərin geyinilir (özləri təmin etdilər), həkim tərəfindən bədənin hərarətinin ölçülür və ayaqqabının altı xlorlu məhlulda yuyulur.

Babəklə təqribən yarım saata yaxın təkbətək görüşdüm.

Onun saxlanıldığı barakda eyni vaxtda 4-5 nəfərdə hərarət olmuş və bu hal hamını narahat etmiş, bunun kornavirus ola biləcəyini ehtimal etmişlər. Babəkdə yalnız bir gün mart ayının 26-da bədənin hərarəti olmuşdur (37,8).Bütün xəstələr müalicə hissəsinə köçürülmüş və müalicə olunmuşlar. Babək Həsənov özünü hal-hazırda yaxşı hiss edir və səhhətində heç bir narahatçılıığı yoxdur, saxlanılma şəraitindən şikayəti yoxdur. Hərarəti yoxdur və tez-tez tez ölçülür. Zahirən də gümrah idi və hər hansı narahatçılıq hiss etmədim. Özü bildirdi ki, ondan COVİD 19 testi aparılmış və neqativ çıxmışdır.

Sosial şəbəkələrdə 6 saylı CÇM-də koronavirusun yayılması ehtimalı balı məlumatlarla əlaqədar bildirirəm ki, hal-hazırda belə hallar mövcud deyil və bununla bağlı hər hansı narahatçılıq yoxdur.

Belə məlumatların yayılması bu həsssas dönəmdə bütün məhkumların yaxınlarını narahat edir və xoşəgəlməz fəsadlar yarada bilər. Bu səbəbdən bu informasiyalar yayılarkən diqqətli olmalıyıq.

Babək Həsənovun may ayında vaxtından əvvəl şərti azad olunması üçün müddəti başa çatır (ona üç il azadlıqdan məhrum etmə cəzası verilmişdir və bir il iki ay cəzanın bitməsinə qalıbdır) və anlaşdıq ki, bununla bağlı məhkəməyə müraciət olunacaqdır.

Lakin ümid edirəm ki, həmin vaxtadək əhatəli amtistiya veriləcək və bir çox məhkumlar cəzadan azad ediləcək".

YADDAŞ

Babək Həsənli 2018-ci il mayın 25-də polislər tərəfindən saxlanılıb. Onun evində axtarış aparılıb.

Daha sonra Babək Həsənli, AXCP üzvləri Ruslan Nəsirli, Aqil Məhərrəmli və Qarabağ qazisi Saleh Rüstəmli ilə birgə məhkəməyə çıxarılıb.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub. Hökmə əsasən, onlardan ikisi - AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və Vidadi Rüstəmli 6 il 8 ay şərti cəza ilə həbsdən buraxılıb.

Moskvadan AXCP-yə pul göndərməkdə ittiham olunan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli 4 il, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək "qurama iş" adlandırıb. O bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

Adıçəkilən şəxslər istintaq ifadəsinin işgəncə altında alındığını bildiriblər.

 hərarətinin ölçülür və ayaqqabının altı xlorlu məhlulda yuyulur.
Babəklə təqribən yarım saata yaxın təkbətək görüşdüm.
Onun saxlanıldığı barakda eyni vaxtda 4-5 nəfərdə hərarət olmuş və bu hal hamını narahat etmiş, bunun kornavirus ola biləcəyini ehtimal etmişlər. Babəkdə yalnız bir gün mart ayının 26-da bədənin hərarəti olmuşdur (37,8).Bütün xəstələr müalicə hissəsinə köçürülmüş və müalicə olunmuşlar. Babək Həsənov özünü hal-hazırda yaxşı hiss edir və səhhətində heç bir narahatçılıığı yoxdur, saxlanılma şəraitindən şikayəti yoxdur. Hərarəti yoxdur və tez-tez tez ölçülür. Zahirən də gümrah idi və hər hansı narahatçılıq hiss etmədim. Özü bildirdi ki, ondan COVİD 19 testi aparılmış və neqativ çıxmışdır.
Sosial şəbəkələrdə 6 saylı CÇM-də koronavirusun yayılması ehtimalı balı məlumatlarla əlaqədar bildirirəm ki, hal-hazırda belə hallar mövcud deyil və bununla bağlı hər hansı narahatçılıq yoxdur.
Belə məlumatların yayılması bu həsssas dönəmdə bütün məhkumların yaxınlarını narahat edir və xoşəgəlməz fəsadlar yarada bilər. Bu səbəbdən bu informasiyalar yayılarkən diqqətli olmalıyıq.
Babək Həsənovun may ayında vaxtından əvvəl şərti azad olunması üçün müddəti başa çatır (ona üç il azadlıqdan məhrum etmə cəzası verilmişdir və bir il iki ay cəzanın bitməsinə qalıbdır) və anlaşdıq ki, bununla bağlı məhkəməyə müraciət olunacaqdır.
Lakin ümid edirəm ki, həmin vaxtadək əhatəli amtistiya veriləcək və bir çox məhkumlar cəzadan azad ediləcək.

 

Tanınmış iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə ölkədəki yataqxanalarla bağlı həyacan təbili çalıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, iqtisadçı hazırda qaçıqn və məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda şəraitin dözülməz olduğunu bildirib: "Avropa ölkələrində yataqxanaları koronavirusun yayılma ehtimalı yüksək olduğuna görə boşaldırlar.

Azərbaycanda isə Yasamalda və Dərnəgüldəkı yataqxanalarda yaşayan məcburi köçkünlər, eləcə də Sumqayıt BTZ-nin 1 saylı yataqxanasında məskunlaşanlar yüksək risk zonasına daxil edilməlidir.

Bu yataqxanalarda hamam və mətbəx ümumi istifadədə olduğuna görə virusun süərtlə yayılma ehtimalı çox yüksəkdir. Şəkiıl bölməsində 500-dək sakinin məskunlaşdığı, hər mərtəbədə sakinlərin hamısının ümumi hamam və mətbəxtdən istifadə etdiyi Sumqayıt BTZ-nin 1 saylı yataqxanasındakı vəziyyətlə əyani tanış ola bilərsiniz.
Hesab edirəm ki, əlaqədar orqanlar təcili tədbirlər görməlidir.

Risk dəərcəsi yüksək olan yataqxanalar boşaldılmalı onlar müvəqqəti olaraq hazırda boş qalan mehmanxanalarda və Olimpiya şəhərciyində yerləşdirilməlidir".

"Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb”.

Bu xəbəri 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov verib.

Deputat əvvəlcə icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: "A.Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, icra hakimiyyətinin bütün işçiləri koronavirusla bağlı test yoxlanışından keçirilib. A.Dilavərovun test yoxlanışının nəticəsi pozitiv çıxıb".

E.Nəsirov qeyd edib ki, hazırda icra başçısının müavini xəstəxanada karantinə alınıb: "Amma heç bir müalicə almır. Buna səbəb A.Dilavərovun ikinci test yoxlanışının nəticəsini gözləməsidir".

Deputat vurğulayıb ki, A.Dilavərov sağlamlığında heç bir problem olmadığını və özünü pis hiss etmədiyini də söyləyib.(report)

Neft haqqında son məlumatlar Koronavirus haqqında son məlumatlar

"Jack Ma" və "Alibaba" fondları koronavirusa qarşı mübarizə aparmaq üçün yeddi ölkəyə – Azərbaycan, Butan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Vyetnama tibbi yardım göndərəcək.

Qeyd olunduğu kimi, ümumilikdə bu yeddi ölkə ümumilikdə 1,7 milyon maska, 165 min test dəsti, həmçinin qoruyucu geyim, süni nəfəs aparatı və frontal termometr alacaq.

Xatırladaq ki, "Jack Ma" "Alibaba Group"un təsisçisi Cek Ma tərəfindən 2014-cü ilin dekabrında təsis edilib. "Alibaba" fondu isə 2011-ci ilin dekabrında yaradılıb.

Bu fondlar ətraf mühit barədə məlumatlılığın artırılması, təhsil məsələləri, su ehtiyatlarının mühahifəzisinin maliyyələşdirilməsi məsələləri ilə məşğul olur.

1 -dən səhifə 1589
Top
JoomlaLock.com All4Share.net