Yeni Təhsil naziri təyin edilib

Yeni Təhsil naziri təyin edilib

Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla Emin Əmrullayev Təhsil naziri təyin olunub

1982-ci il təvəllüdlü Emin Əmrullayev buna qədər Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri olub. 2016-cı ildən Təhsil İnstitutunun direktor əvəzi vəzifələrində çalışıb.

O, ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.

Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı sərəncamla Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad edilərək, Xarici işlər naziri təyin edilib.