Vətən müharibəsinin könüllüsü intihar etdi

Vətən müharibəsinin könüllüsü intihar etdi

Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990 təvəllüdlü Fərman Həsənov yaşadığı evdə özünü asıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə blogger Həbib Müntəzir sosial şəbəkədə paylaşım edib. O, bildirib ki, Fərman Həsənovun həyat yoldaşı bir müddətdir xəstəxanada yatır. İntihardan öncəki məktubunda, "Oğlum və qızım sizi çox sevirəm. Məni bağışlayın" sözlərini yazıb.

Fərman Həsənov Vətən müharibəsində könüllü iştirak edib və dekabr ayında tərxis olunduğu bildirilib.

Qeyd edək ki, bu gün ölkə ərazisində 5 intihar hadisəsi qeydə alınıb.