Vəkil Elçin Qənbərov həbs edildi

Vəkil Elçin Qənbərov həbs edildi

Səbail məhkəməsi DTX-nın istintaq orqanının tanınmış vəkil Elçin Qənbərova qarşı iddiasına baxıb.

Bu barədə məhkəmədən haqqın.az məlumat verib.

Hakim İlkin Rüstəmli Elçin Qənbərovun həbs olunması barədə qərar çıxarıb. Vəkil 4 ay müddətində azadlıqdan məhrum edilib. O, dələduzluqda ittiham olunur.

Elçin Qənbərov uzun illər Mərkəzi vəkil bürosuna rəhbərilk edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Elçin Qənbərov 330 min manatlıq dələduzluqda ittiham olunur.

Vəkil Elçin Qəmbərov hüquq müdafiəçisi Leyla Yunusun vəkili idi. O, sonradan Leyla Yunusla bağlı kitab çap etdirib, keçmiş müvəkkilinin gizli yazışmalarını yaymışdı. 

Qanunlarımız vəkilə müvəkkilinin maraqlarından kənara çıxmağı, konfidensiallığı pozmağı qadağan edir.

Bu kitabın təqdimat mərasimindən sonra Elçin Qəmbərov Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü seçildi.