Türkiyədə sel fəlakəti 31 insanın həyatına son qoydu

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 31-ə çatıb
Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu barədə Hürriyet xəbər agentliyi məlumat yayıb. Məlumatda deyilir ki,
bu gün daha 4 nəfər selin qurbanı olub.
Kastamonunun 5 mindən çox insanın yaşadığı Bozkurt rayonunda yerləşən Ezine çayının daşması 29 nəfərin həyatına son qoyub.
Sinopda isə 2 nəfər həlak olub. Bartında isə bir nəfərin itkin düşüb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Türkiyədə yağan güclü yağışın yaratdığı problemlərlə bağlı xilasetmə işləri davam etdirilir.