Saxlanılan icra başçısı Bakıya gətirilib

Saxlanılan icra başçısı Bakıya gətirilib

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilməsi barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, mediada bu gun Şəmkir şəhərində DTX tərəfindən saxlanılan məmurların siyahısı yayılıb. Siyahıda Alimpaşa Məmmədov, icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyevin adı yer alıb.