Şəhid Sarvan Mirzəyevin övladı dünyaya gəlib

Şəhid Sarvan Mirzəyevin övladı dünyaya gəlib

İkinci Qarabağ Müharibəsində Şəhadətə yüksələn xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçısı, MAXE Sarvan Əli oğlu Mirzəyevin övladına onun adını veriblər. 

Şəhidimizin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gələn ilk övladına  Sarvanə adı verilib.

Qeyd edək ki, Şəhid Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub, ailəsi sonradan Biləsuvar rayonuna köçüb. O, Şuşa istiqamətində gedən döyüşlərdə Şəhid olub. 

Göstərdiyi şücaətiə görə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.