Şəhid Denis Aleksandroviç Pronin doğum günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi Şəhidi Denis Aleksandr oğlu Əliyevin mübarək mövlud günüdür.
Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq:
Denis Aleksandroviç Pronin (Denis Əliyev) 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub.
O, 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb.
Denis Əliyev Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı Şəhid olub. Xətai rayonunda dəfn olunub.
"Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı.