Rusiyada koronavirusdan ölüm rekordu qeydə alınıb

Rusiyada koronavirusdan ölüm rekordu qeydə alınıb

Rusiyada son sutka ərzində yeni növ koronavirusdan (Covid-19) 1178 nəfər həyatını itirib ki, bu rəqəm epidemiya başlayandan bəri qeydə alınan ən yüksək ölüm sayı hesab edilir.

Bu ölkədə Covid-19-a yoluxma və ölüm sayının artması səbəbindən 28 Oktyabr-7 Noyabr tarixləri arasında 11 günlük qismən bağlanma qərarından sonra yoluxmaların sayında bir qədər azalma müşahidə edilsə də son 24 saat ərzində ölüm sayı yenidən rekord həddə çatıb. 

Rusiya Koronavirus əleyhinə mübarizə xidmətindən yayılan məlumata görə sutka ərzində 1178 nəfər həyatını itirib. Bu da epidemiya başlayandan bəri qeydə alınan ən yüksək ölüm sayı olub. Beləcə ölkədə epidemiyadan ölənlərin ümumi sayı 240 871 nəfərə yüksəlib.