Ruhaninin saxlanmasına DİN-dən RƏSMİ AÇIQLAMA

Ruhaninin saxlanmasına DİN-dən RƏSMİ AÇIQLAMA

Bu gun Biləsuvar rayon polis idarəsinin əməkdaşlarının rayonda molla Kərbəlayi Hüseyn kimi tanınan Hüseyn Əhməd oğlu Qasımovu hüzr məclisindən tutub birbaşa idarəyə aparmaları ilə bağlı vetenugrunda.az-ın xəbərinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev münasibət bildirib. 

O, vetenugrunda.az -a verdiyi açıqlamada bildirib ki, Hüseyn Əhməd oğlu Qasımov cərimələndikdən sonra sərbəst buraxılıb:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlardan irəli gələn tələblərin icrası ilə əlaqədar Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı Biləsuvar rayon sakini Ələsgər Axundovun karantin rejim qaydalarını pozaraq COVID-19 virusundan vəfat etmiş qardaşı üçün yas mərasimi təşkil etdiyi, Hüseyn Qasımovun isə həmin mərasimdə molla kimi iştirak etdiyi müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər iki şəxs barəsində tərtib olunmuş protokollar baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onların hər biri 200 manat məbləğində cərimə olunublar

Məhəmməd Rzayev – DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı"