Ruhani Hacı İlham Əliyevin məhkəməsi mart ayına qaldı

Ruhani Hacı İlham Əliyevin məhkəməsi mart ayına qaldı

Ruhani Hacı İlham Əliyevin məhkəməsi keçirilib 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin işi üzrə proses davam edib.

Ruhaninin vəkili Cavad Cavadov bildirib ki, "Şahidlər dindirilib və növbəti məhkəmə prosesi mart ayının 4-ü saat 12:00-a təyin edilib."

YADDAŞ

İlham Əliyev 2020-ci il fevralın 29-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Martın 2-də Səbail Rayon Məhkəməsi İlham Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, bu ilahiyyatçının birinci həbsi deyil. O, 2012-ci ilin fevral ayında qanunsuz silahsaxlama maddəsi ilə ittiham edilib və bir il yarım həbs cəzası alıb.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da hazırda həbsdədir. O, 2011-ci ilin yanvarında həbs edilib. Doktor Mövsüm Səmədov qanunsuz silah saxlama, konstitusiya quruluşunu dəyişməyə cəhd və başqa cinayətlərdə ittiham edilərək 12 il həbs cəzası alıb. Səmədov ittihamları qəbul etmir və hökuməti sərt tənqidindən sonra həbs edildiyini bildirib.

Mövsüm Səmədovu dünyanın insa haqları ilə məşğul olan təşkilatları siyasi məhbus kimi tanıyıb.