Rövnəq Abdullayevin qohumları xalqa müraciət etd: "Həssas olun..."

Rövnəq Abdullayevin qohumları xalqa müraciət etd: "Həssas olun..."

Türkiyədə dünyasını dəyişmiş Nihad Əliyevin ailəsindən müraciət 

Türkiyədə dünyasını dəyişmiş Azərbaycan vətəndaşı Nihad Əliyevin ailəsi açıqlama yayıb:

"Bildiyiniz kimi, ailəmizin üzvü Nihad Əliyev vaxtsız dünyasını dəyişib. Bununla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid

Bəzi düzgün olmayan məlumat və görüntülərin yayılmasında heç bir qərəz olmadığına inanır, bunun sadəcə yanlışlıqla tirajlandığını düşünürük. Bununla belə, kədərimizi nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələrini həssas olmağa, bu məsələ ilə bağlı dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırırıq".

Mərhumun ailə üzvləri sosial şəbəkə və bəzi mətbu orqanlarda yayılmış yanlış görüntülərin düzəldilməsi üçün Nihad Əliyevin fotosunu mətbuata təqdim edib.

Xatırladaq ki, Türkiyə mətbuatı hadisənin İstanbulun Beşiktaş rayonundakı otellərin birində baş verdiyini yazıb. Məlumatda deyilir ki, Azərbaycan vətəndaşı olan 40 yaşlı Nihad Əliyev 3-ü qız olmaqla 6 nəfərlə birgə otelə gəlib. Oteldə olduqları zaman Nihad Əliyev üzərindəki tapançanı çıxararq başına dayayıb və içərisində mərminin olmadığını bildirib. Şahidlərin ifadələrinə görə, dostları ondan bu cür zarafat etməməsini istəyiblər və bu zaman atəş açılıb. Ağır yaralanan Nihad Əliyev xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Lakin Nihad Əliyevin otel otağında başından güllənələnərək öldürülmüş meyitinin tapılmasını iddia edənlər də var. 

Qeyd edək ki, Nihad Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı Neft Emalı Zavodunda Qaz sektorunun müdiri Nüsrət Əliyevin oğlu və "SOCAR Trading SA" şirkətinin həmtəsisçisi Anar Əliyevin qardaşıdır.