Repetitor yanına getmədən ABŞ-da universitetə daxil oldu

Repetitor yanına getmədən ABŞ-da universitetə daxil oldu

Astaranın Təngərüd kənd tam orta məktəbinin məzunu İbrahim Həsənli hələ 11-ci sinifə keçərkən ali təhsilini xarici ölkədə almaq qərarına gəlir. Bu məqsədinə isə minimum xərclə nail olmaq istəyir. Ancaq başlanğıc üçün o, 2 ay müddətinə repititor yanına və online kurslara gedir. Bundan sonra isə bütün proqramı müstəqil şəkildə öyrənir.

İbrahim Həsənlinin zəhməti bəhrəsini verib. O ABŞ-ın Cənubi Texas Universitetinə qəbul olub. Eyni zamanda 30 min dollar təqaüd qazanıb. Müraciət etdiyi 1 universitetdən isə hələ ki cavab çıxmayıb.

İbrahim Həsənli orta məktəbdə oxuduğu illərdə də fəallığı ilə seçilib, bir neçə olimpiyadada yer tutub, startaplara imza atıb.