Prezident İlham Əliyev İran prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İran prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Abadan şəhərində binanın çökməsi nəticəsində qurbanların olması ilə bağlı İran prezidenti İbrahim Rəisiyə başsağlığı verib.

"Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - məktubda deyilir.

Xatırladaq ki, çoxmərtəbəli binanın dağıntıları altından 29 nəfərin cəsədi tapılıb. Dağıntıların təmizlənməsi davam edir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, İranın Xuzistan vilayətindəki Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb. Xilasedicilər itlərin köməyi ilə dağıntılar altından əlavə cəsədlər tapıblar.

Yerli mətbuatın yazdığına görə, binanın istismar müddətinin başa çatmasına baxmayaraq, burada ticarət, ictimai iaşə obyektləri fəaliyyətlərini davam etdirir.

Binaya məsul şəxslər isə heç bir tədbir görməyiblər.

Ölü sayının artması ilə əlaqədar mayın 29-da İranın Nazirlər Şurası ölkədə 1 günlük matəm elan edib.

İranın Baş Prokurorluğunda mayın 23-də baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb və 15 nəfər həbs olunub. İstintaq aparılır.