OPEK-in rəhbəri İmam Əlinin (ə) pak məzarında

OPEK-in rəhbəri İmam Əlinin (ə) pak məzarında

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo və onu müşayiət edən nümayəndə heyəti  Nəcəf Əşrəfdə İmam Əlinin (ə) hərəmini ziyarət edib.

BMT-nin baş katibi müqəddəs Nəcəf şəhərinin dünya müsəlmanlarının qəlbindəki yerini və əhəmiyyətini vurğulayıb.

Barkindo Nəcəf Qubernatorluğunda olub. O, Lui əl-Yasiri və əyalətin bir sıra rəsmiləri ilə görüşüb. Daha sonra qədimi Nəcəf şəhərinə səfər edib.

Barkindo dünən Kərbəlanın müqəddəs ziyarətgahlarını da ziyarət etmişdi. İraq Neft Nazirliyindən verilən açıqlamaya görə, Barikando İraqa səfərindən məmnunluğunu ifadə edib.

Məhəmməd Barkindo 2016-cı il iyunun 2-də OPEC-in 28-ci baş katibi seçilmiş nigeriyalı siyasətçidir. O, Nigeriya Milli Neft Şirkətinin keçmiş rəhbəridir.