Ömürlük cəza alan iş adamı 22 il sonra azadlıqda

Ömürlük cəza alan iş adamı 22 il sonra azadlıqda

Xəbər verdiyimiz kimi, ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra əfv edilib.

Onu Qobustan həbsxanasının qarşısında hüquq müdafiəçiləri, jurnalistlər və ictimai fəallar qarşılayıb.

Qarabağ qazisi Ş.Səmədzadəyə müvafiq arayış təqdim olunduqdan sonra evinə yola salınıb.

Qeyd edək ki, Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub. O, Birinci Qarabağ müharibəsində  döyüşçü kimi iştirak etməklə yanaşı gəlirilərinin böyük hissəsini torpaqlarımızın erməni işğalından qorumaq üçün xərcləyib.