Nazir icra başçısının oğluna yüksək vəzifə verdi

Nazir icra başçısının oğluna yüksək vəzifə verdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu yüksək vəzifəyə təyin edib.

Bu barədə "qaynarinfo" məlumat yayıb. Bildirilib ki, nazirin müvafiq əmri ilə Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin olunub.

Polkovnik S.Qaraşov bundan əvvəl Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, Taleh Qaraşovun digər oğlu, polkovnik-leytenant Vüsal Qaraşov, bir müddət Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.