Müşviq İsmayılov öldürülməyib-RƏSMİ

Müşviq İsmayılov  öldürülməyib-RƏSMİ

Üç ilə yaxındır ki, Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Komitə hadisəni nəzarətdə saxlayır. Qeyd edək ki, mətbuatda Müşfiq İsmayılovu ermənilərin öldürməsi ilə bağlı xəbər yayılıb.