Mühafizəçi "restoranlar kralı"nın oğlunu klubda öldürdü-Bakıda

Mühafizəçi "restoranlar kralı"nın oğlunu klubda öldürdü-Bakıda

 Dünən gecə saatlarında Bakının Xocalı prospektində yerləşən "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov tərəfindən qətlə yetirilən 1981-ci il təvəllüdlü Vüqar Mustafayevin tanınmış vəzifəli şəxsin oğlu olduğu ortaya çıxıb.

Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş - FOTO  + YENİLƏNİB Mühafizəçi Orxan Şahbazov

Vüqar Mustafayev Təhsil Nazirliyində 21 il ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur.

İlham Mustafayevin mediada adı restoranlar "kralı" kimi də hallanır.

Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur -  FOTO - Editor.az

Klubda öldürülən Vüqar Mustafayev

Məlumatlara görə İlham Mustafayevin paytaxtda iki çay evi, maşın təmiri sexi, Gürcüstanda isə villası, restoranları fəaliyyət göstərir.

Xatırladaq ki, İlham Mustafayev Təhsil nazirliyində tutduğu vəzifədən 2013-cü ildən azad edilib.

İlham Mustafayevin klubda öldürülən oğlu isə uzun müddət Azərbaycanın Ukraynadakı səfirliyndə çalışıb.

Qeyd edək ki, Prokurorluq Bakıda "Berlin Pub"da məşhur idmançının müştərini döyərək öldürməsi hadisəsi ilə bağlı məlumat yayıb.

Xətai Rayon Prokurorluğunundan verilən məlumata görə, avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə V.Mustafayevin xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.