Meyxanaçı Cavid Sumqayıtlının məhkəməsi başlayır

Meyxanaçı Cavid Sumqayıtlının məhkəməsi başlayır

Meyxanaçı Cavid Sumqayıtlı (Babaşov) barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Bu ilin may ayının 15-də həbs edilən Sumqayıt şəhər sakini C. Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda ittiham edilir.

DİN-dən verilən məlumata görə, həbs edilərkən üzərində 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.