Məktəb yaşı 5-ə endirilsin

Məktəb yaşı 5-ə endirilsin

Nazir ölkədə məktəb yaşının aşağı endirilməsini təklif etdi

Təhsil naziri Emin Əmrullayev məktəb yaşının 5-ə endirilməsini təklif edib: "Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq.

Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar".