Könül Ələkbərov "Semaşko"ya baş həkim təyin edildi

Könül Ələkbərov "Semaşko"ya baş həkim təyin edildi

1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru İlham Qafarov işdən çıxarılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. Onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin edilib.

İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktor muavini vəzifəsinə keçirilib.

Könül Ələkbərov Azərbaycan Tibb Universitetinin məzunudur. 2008-ci ildə Prezidentin sərəncamına əsasən, “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.

Qeyd edək ki, Könül Ələkbərov Mingəçevir şəhər Xəstəxanasının direktoru vəzifəsində çalışarkən yol verdiyi qanunsuzluqlara görə məhkəmə çəkişmələri və Qarabağ qazilərinə, Şəhid ailələrinə qarşı xüsusi mənfi münasibəti ilə mediada adı hallanıb.