İran Rusiyadan peyvənd aldı

İran Rusiyadan peyvənd aldı

 Rusiya peyvəndinin 500 min dozalıq partiyası İrana çatdırıldı

İranın Rusiyadan aldığı koronavirusa qarşı "Sputnik V" peyvəndinin yarım milyon dozalıq partiyası paytaxt Tehrana çatdırılıb.

Peyvəndin ilk partiyasının yükləndiyi "Mahan" aviaşirkətinə məxsus təyyarə bir neçə saat əvvəl "İmam Xomeyni" hava limanına enib.

İran Rusiya istehsalı olan "Sputnik V" vaksinlərindən 2 milyon doza sifariş verib.

İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib ki, koronavirus peyvəndinin ikinci partiyası fevralın 21-də, üçüncü partiya isə martın 1-nə qədər İrana gətiriləcək. Sonra isə Rusiyadan İrana peyvəndin tədarükü həftədə bir dəfə həyata keçiriləcək.