İkinci Vətən müharibəsində iki dəfə ağır yaralandı və...

İkinci Vətən müharibəsində iki dəfə ağır yaralandı və...

Azər Vəliyev ikinci Qarabağ müharibəsində ikinci dəfə yaralanıb. O, hazırda Pananindəki hərbi hospitalda müalicə alır.

Ailəsinin Vetenugrunda.az-a verdiyi xəbərə görə, bir aydan sonra qazimizin Azərbaycan ordusunda xidmətinin 13 ili tamam olacaq. Azər Vəliyev sentyabrın 27-dən Murovdağ istiqamətində düşmən arxasında əməliyyatda olub. 28 gündən sonra yaralanıb. Diz oyanqlarından ciddi yaralandığına görə 10 gün müalicə alıb. Müalicədən sonra yenə döyüşə yollanıb.

O, düşmən arxasında əməliyyat aparan təxliyə qrupunun komandiri kimi xidmətdə olub. 

Azər Vəliyev deyir ki, ikinci dəfə 9 noyabrda, ad günündə yaralanıb. Əməliyyat zamanı düşmən tərəfindən atılan Kornet tipli raket Azərin yaxınlığında partlayıb. Azər Vəliyev ağır yaralanıb. Sağ ayağının baldır hissəsində açıq sınıq və ət təbəqsinin bir hissəsi dağılıb.

No description available.

Topuqdan bir az yuxarıda yaranan qapalı və bütün bədənində qəlpələr, yanıq yaraları qazimizə çox əziyyət verir. Budun arxa hissəsində dərin qəlpə yarası, sol ayağının topuq hissəsindən yuxarıda dərin qəlpə yarası, diz oynağına girən qəlpə diz qapağın sındırıb. Dizdən aşağı, sağ çiyninin arxa oynaq üstündə, qabırğalarında dərin qəlpə yaraları ilə yanaşı hər iki qulağının pərdəsi deşilib. Eyni zamanda sağ qulağında qəlpə yarası var.

Yaralı qazimizn 3 övladı isə kirayədə yaşayır. 10, 3 yaşlı və 9 aylıq olan uşaqlar rutubətli, soyuq divarların arxasında atalarının yolunu gözləyir.

Ordumuzda 13 ilə yaxın xidmət edən, Vətən müharibəsinin ən qaynar nöqtələrində canını xalqı, Vətəni üçün qurban verən qazimizin ailəsinin maddi durumu çox acınacaqlıdır. Aşağıda paylaşdığımız hesab kartı Azər Vəliyevin xanımı Jalə Vəliyevaya məxsusdur. Yəqin ki, Azər Vəliyevin 3 övladının ən adi ehtiyaclarını qaşılamaq problemindən xilas edənlər tapılacaq.  

No description available.