Gilas ala bilməyən deputatın mülklərinin SİYAHISI

Gilas ala bilməyən deputatın mülklərinin SİYAHISI

Son günlər Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamaları ilə "xalqın dostu" imicini yaratmağa çalışır. Deputat bu açıqlamaları ilə, görünür, mətbuatda və sosial şəbəkədə siyahısı yayılan mülklərini, biznesini ört-basdır etməyə çalışır.

Fəzail Ağamalının saysız-hesabsız mülklərə sahib olduğu iddia edilir. Deputatın mülklərinin sosial şəbəkədə yayılan siyahısını təqdim edirik:

  1. "BUTA" bağçaları (qızı Günay Ağamalının adına)
  2. Novxanıda villa (öz adına)
  3. Novxanıda villa (oğlu Elçinin adına)
  4. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil
  5. M.Araz küçəsində 2 mənzil
  6. Çınqıl zavodu
  7. Neftçala rayonunda şadlıq sarayı
  8. “555” nömrəli bahalı avtomobillər
  9. Ukraynada meyvə biznesi
  10. Atatürk prospektində villa
  11. Şəhərin bir neçə yerində təzə binalarda mənzillər
  12. Xətayi rayon məhkəməsinin binası (icarədədir, F.Ağamalıya məxsusdur)
  13. Boru sexləri (oğlu idarə edir) və s.
  14. Salyan və Neftçala rayonlarında yüzlərlə parnik, obyekt və yük maşınları.

Bu gün hər kəsi maraqlandıran məsələ deputatın bu qədər mülkü hardan və necə əldə etməsidir. Əslində deputat Fəzail Ağamalının məmurlara verdiyi sualı onun özünə vermək lazımdır. Görəsən, tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib?

Qeyd edək k, məmurlara vəzifədən getməyi məsləhət görən Fəzail Ağamalını 2020-ci ilin parlament seçkilərində seçicilər tərəfindən rayondan qovuldu.

P.S

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq