Əfqanıstanda oğlan və qız tələbələr ayrı oxuyacaqlar

Əfqanıstanda oğlan və qız tələbələr ayrı oxuyacaqlar

Əfqanıstandakı yeni təhsil sistemi ölkədəki oğlan və qız tələbələrin ayrı-ayrı tədrisini nəzərdə tutur.

Bu barədə Əfqanıstanın təhsil nazirinin öhdəlikləri yerinə yetirən Əbdül Baqi Həqqani məlumat verib.

"Əfqanıstanlı qızların oxumaq haqqı var" deyən Həqqani oğlan və qızların ayrı-ayrı siniflərdə oxuyacaqlarını qeyd edib.

O deyib ki, qız tələbələr üçün təhlükəsiz təhsil mühiti təmin ediləcək.

Həqqaninin sözlərinə görə, tezliklə ölkədəki universitetlər öz fəaliyyətlərini bərpa edəcək.