Danimarka "AstraZeneca"dan istifadədən tamamilə imtina etdi 

Danimarka "AstraZeneca"dan istifadədən tamamilə imtina etdi 

Danimarka "AstraZeneca" peyvəndinin qanda laxtalanmaya səbəb olduğunu əsas gətirərək istifadədən imtina edib.

Xatırladaq ki, Azərbaycana "AstraZeneca" vaksinlərinin gətirilməsi planlaşdırılır. Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etmək tapşırılıb.

Danimarka Səhiyyə Agentliyinin rəhbəri Soren Brostrom isə bu vaksindən imtina qərarını elan edib: "Peyvəndin qanda laxtalanmaya səbəb olması həqiqətdir və çox ciddi əks təsiri var. Aparılan araşdırmalardan sonra peyvəndlənmə prosesində "AstraZeneca"dan istifadə etməmək barədə qərar verdik".

Qeyd edək ki, dünyada bir çox ölkə "AstraZeneca" peyvəndinin istifadəsini müvəqqəti dayandırdığını açıqlayıb.