Daha bir Qazimiz intihar etdi

Daha bir Qazimiz intihar etdi

Salyan rayonunun Kürqaraqaşlı kənd sakini Adil Bayramov intihar edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 44 günlük müharibədə iştirak edən Adil Bayramov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilibmiş. 

20 yaşına keçəndən iki gün sonra o, özünü Sumqayıtda kirayə qaldığı mənzildə asıb. Bu barədə sosial şəbəkələrdə xəbər paylaşılıb.

Adil Bayramov 8 noyabrdan indiyə qədər intihar edən 25-ci Qazimizdir. Allah rəhmət eləsin.