Bu il dünyanın 30 ölkəsində 88 jurnalist öldürülüb 

Bu il dünyanın 30 ölkəsində 88 jurnalist öldürülüb 

İsveçrədə yerləşən qeyri-hökumət təşkilatı "Press Emblem Campaign" dünyada öldürülən jurnalistlər barədə yeni araşdırmanı təqdim edib.

Təşkilatın təqdim etdiyi hesabatda yanvar ayından bəri 30 ölkədə 88 media işçisi öldürüldüyü bildirilib. Hindistan 14 cinayətlə siyahıya liderlik edir. İkinci sırada isə 12 jurnalistin öldürüldüyü Meksika gəlir. Jurnalistlər üçün ən təhlükəli ölkələr arasında Pakistan (8 jurnalist öldürülüb), Əfqanıstan (6 jurnalist öldürülüb), İraq 5 (jurnalist öldürülüb), Suriya (4 jurnalist öldürülüb) Filippin (4 jurnalist öldürülüb), Honduras (4 jurnalist öldürülüb) var.(yeniavaz)