Bombaçı Bəhrama hökm oxundu

Bombaçı Bəhrama hökm oxundu

Dövlət Təhlükəsizlik Xidmətinin Pakistanda tutduğu və 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilmiş "Abu İbrahim Dağıstani" ləqəbli terrorçu-bombaçıya hökm oxunub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, beynəlxalq terror təşkilatlarını partlayıcı qurğularla təchiz edən mütəxəssis kimi fəaliyyət göstərib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.