Bağdadda terror aktı nəticəsində 31 nəfər ölüb, 73 nəfər yaralanıb

Bağdadda terror aktı nəticəsində 31 nəfər ölüb, 73 nəfər yaralanıb

Bu gün səhər İraqın paytaxtı Bağdad şəhərində terror aktı törədilib

Vetenugrunda.az-ın verdiyi xəbərə görə terror nəticəsində ölənlərin sayı 31-ə çatıb. 28 nəfər ölüb, ən azı 73 nəfər yaralanıb.

İraq hökumətinə bağlı Bağdad Əməliyyatlar Komandanlığı tərəfindən yayılan yazılı açıqlamada terrorun kamikadze tərəfindən törədildiyi bildirilib.

Bağdadın Tiran meydanında özünü partladan terrorçunun məqsədi və hansı terror təşkilatı tərəfindən təşkil edildiyi hələlik bəlli deyil.