"AZAL" sahibinin həyat yoldaşını məhkəməyə verdilər

"AZAL" sahibinin həyat yoldaşını məhkəməyə verdilər

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanı məhkəməyə verib.

Növbəti məhkəmə iclası 01.02.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcək. Məlumat üçün bildirək ki, İlqar İsmayılov 2017-ci ildə "Premium bank" rəhbərliyinin onun adına 5 milyon manatlıq saxta kredit müqaviləsi hazırladığını iddia edir.

Qeyd edək ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək "Silk Vey Bank" olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və "Premium Bank" adlandırılıb. Bankın əsas səhmdarı AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.

Bankın nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya aiddir. Zərifə Həmzəyevaya eyni zamanda nizamnamə kapitalı 18 milyon 750 min manat olan "Gazelli Group" MMC-nin qanuni təmsilçisidir. Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən "River İNN Boutique Spa Hotel" də Zərifə Həmzəyevaya məxsusdur.(yeniavaz)