Azərbaycanda yeni göl yarandı

Azərbaycanda yeni göl yarandı

Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb.

Bu barədə Zaqatala sakini Məhərrəm Heydərov məlumat verib.

Onun sözlərinə görə, göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.

Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb. Nəticədə göl əmələ gəlib.

M. Heydərov həmçinin bildirib ki, gölün daşması kimi hə ya başqa hər hansı bir təhlükə yoxdur. (lent.az)