Azərbaycanda 258 minə yaxın vətəndaş peyvənd olundu

Azərbaycanda 258 minə yaxın vətəndaş peyvənd olundu

Fevralın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23 min 939 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 min 723 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Azərbaycanın bütün rayonlarında uğurla davam etdirilir.