Amnistiya gözlənilir

Amnistiya gözlənilir

Milli Məclisdə Amnistiya Aktının qəbul olunacağı gözlənilir.

Bununla bağlı Prezident İlham Əliyev "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi qəbul edib. Həmin layihə artıq Milli Məclisə göndərilib. Amnistiyanın kimlərə şamil olunacağına gəlincə, bura Qarabağ müharibələrində döyüşmüş insanlar daxil edilib.

Eyni zamanda, amnistiya aktı müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına da şamil ediləcək: "Bundan əlavə, döyüş əməliyyatlarında iştirakla bağlı orden və medalla təltif olunmuş şəxslər, Xocalı soqyırımında əlillik qazanmışlar və ya həlak olmuş, itkin düşmüşlərin yaxın qohumları, 1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunan şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşən şəxslər, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olan şəxslərin yaxın qohumlarına da əfv ediləcək".

Amnistiya layihəsi keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslərə, onların yaxın qohumlarına, Çernobl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslərə də aid ediləcək.

Amnistiya Aktının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb. Bildirilir ki, qərar layihəsi qanunverici orqanın noyabrın 5-də keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirəyə çıxarılacaq.