ABŞ-da silahlı qətliam -8 ölü

ABŞ-da silahlı qətliam -8 ölü

Bu gün ABŞ-da baş verən atışmada 8 nəfərin öldüyü, xeyli insanın yaralandığı bəlli oldu.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hadisə ABŞ-ın İndiana ştatındakı İndianapolis şəhərində, hava limanının yaxınlığında yerləşən və 4.500 nəfərin çalışdığı yükdaşıma müəssisəsində baş verib. 

Bu barədə ilk məlumatı Reuters agentliyi verib. 

Atəş açan şəxsin özünü öldürdüyü bildirilir.

Atışma səsləri və bu barədə yayılan xəbərlər müəssisədə çalışanların yaxınlarını çox narahat edib. İş zamanı telefon işlətmyi qadağan edən şirkətdə çalışanların yaxınları onların sağ qaldıqlarını bilmək üçün axın etməyə başlayıb.

Yaralılar yaxınlıqda yerləşən tibb mərkəzlərində yerləşdirilib. Polis araşdırmaya başlayıb.