Abidənin "təsbehini qıranlar" tapıldı

Abidənin "təsbehini qıranlar" tapıldı

Abidənin "təsbehini qıranlar" tapıldı

Ötən gün Bakıda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin açılışı olan heykəlini sındırıblar. Heykəli zədələyənlər saxlanılıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat paylaşıb.

Məlumatda deylir ki, abidəni zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Abidənin müəllifi hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. 

Qeyd olunub ki, hazırda araşdırma davam edir. Xatırladaq ki, dünən - yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının mərkəzində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı olub.