2020-ci il "Polad Həşimov ili" elan olunsun

2020-ci il "Polad Həşimov ili" elan olunsun

28 dekabr 2020-ci il tarixində Azərbaycan İslam Partiyası (AİP), Fatimə(s.ə) heyəti, Əsgər Analarına Dəstək İ.B, "Qələmin sədası" Ə.B- nin birgə iştirakı ilə, Şəhid General- Mayor Polad Həşimovun doğum günü münasibətilə Şəhidlər Xiyabanına ziyarət təşkil olundu.

AİP Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İ.B-nin sədri, ilahiyyatçı Növrəstə İbrahimova ziyarətlə bağlı vetenugrunda.az-a açıqlama verib: 

"Bu təqvim ilimiz hər ilkindən fərqli olaraq, Hz. Fatimə (s.ə) Şəhadət günü ilə yanaşı, həm də Şəhidlərimizin, qazilərimizin, acı və ağrılı günlərinə təsadüf etdiyi üçün, həmçinin pondemiya ilə bağlı bir çox qadağalara görə yeni təqvim ilimizi təmtəraqla "yolka" ağacı altında deyil, Şəhidlərimizin əziz xatirəsini yad etməklə qarşılamağa üstünlük verildi. Şəhidlərimizin uyuduğu müqəddəs xiyaban, adları çəkilən təşkilat və heyətlər tərəfindən əkilillərlə ziyarət olunduqdan sonra, tərtib olunmuş bəyanat oxundu. Sonra ziyarətçilər dünya şöhrətli general, Şəhid Qasim Süleymaninin də ildönümü ilə əlaqədar İran İslam Respublikasının səfirliyində səlahiyyətli səfirlə görüşərək Generalın portreti önünə əklil qoyub ruhuna dualar oxumaqla xatirəsini yad etdilər".

Ziyarətçilərin birgə tərtib etdiyi Bəyanatı oxuculara təqdim edirik:

Bəyanat

"28 dekabr 2020 ci il tarixində, Adları çəkilən Heyət və təşkilatların vebinar seminarında müzakirə olunan məsələlərin nəticəsi olaraq qərara alınır:

  1. General- Mayor Polad Həşimovun Şəhadətiylə yadda qalan bu il, "Polad Həşimov ili" elan olunsun.
  2. Şəhadətiylə milli vəhdətimizi, torpaqlarımızın azadlığ mübarizəsinə başlanğıc verən ikinci Qarabağ müharibəsi Şəhidlərinin şərəfinə hər il yeni təqvim ilini "yolka" -şam ağaclarının əhatəsində deyil Şəhidlər Xiyabanını, həmçinin Şəhid və qazilərimizin ailələrini ziyarət etməklə qeyd edək.
  3. Milli- mənəvi dəyərlərimizin, müqəddəs Şəhidlərimizin xatirəsinin daim qorunması naminə, gənclərimizin nigah zamanı ilk and yeri Şəhidlər Xiyabanı olsun".