Yəmənli hərbçilər Səudiyyə Ərəbistanı PUA-sını vurdu

Yəmənli hərbçilər Səudiyyə Ərəbistanı PUA-sını vurdu

Ötən gün Husilər Səudiyyə Ərəbistanının Cizan vilayəti ilə sərhəddəki Harad bölgəsində "AeroVircepts RQ-20 Puma" kəşfiyyat PUA-sını vurub.

Vurulan PUA-nın üzərində əl ilə Səudiyyə Ərəbistanı baytağının çəkildiyi qeyd edilir. Xatırladaq ki, ABŞ istehsalı olan bu PUA bir sıra NATO ölkələri və Misir Silahlı Qüvvələrinin silahlanmasındadır. Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir.

Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.

Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.( estnews.org)