"Vaqner" muzdluları üçüncü ölkəyə gedirmiş

"Vaqner" muzdluları üçüncü ölkəyə gedirmiş

Belarusda saxlanılan "Vaqner" qrupunun döyüşçüləri üçüncü ölkəyə gedirmişlər-Rusiya səfiri

Belarusda saxlanılan Rusiyanın "Vaqner" özəl hərbi qrupunun döyüşçüləri tranzit yolla üçüncü ölkəyə hərəkət etmək üçün həmin ölkədəki kommersiya firmasından qeydiyyatdan keçmiş əmək müqaviləsinə sahib olublar.

TASS-ın verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının Minskdəki səfiri Dmitriy Mezentsev deyib. "Minsk yaxınlığındakı "Belorusoçka" sanatoriyasına gəlmiş Rusiya vətəndaşları Milli Aeroportdan qalxan təyyarə reysinə gecikdikləri üçün bu addımı atmağa məcbur olublar", – deyə diplomat vurğulayıb.

O, saxlanılan vətəndaşların Belarusun daxili işlərinə qarışması barədə iddiaları əsassız adlandırıb.

Səfir qeyd edib ki, saxlanılan Rusiya vətəndaşları ilə konsulluq əməkdaşlarının əlaqə qurmasına icazə verilməsi üçü Belarus Xarici İşlər Nazirliyinə nota göndərilib. Mezentsev Rusiya və Belarus əlaqələrinin korlanmasına yol verən məlumatların yayılmaması üçün KİV-ə çağırış edib.(apa)