ABŞ-dan Ukraynaya 3,8 milyard dollarlıq yardım və əlavə 100 milyon dollar...

ABŞ-dan Ukraynaya 3,8 milyard dollarlıq yardım və əlavə  100 milyon dollar...

 ABŞ Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım edəcək.

Müvafiq yardımla bağlı ABŞ Prezidenti Cozef Bayden sənəd imzalayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Amerika mediası məlumat verib. Məlumatda deyilir ki, hərbi yardım paketinə əlavə artilleriya sursatları və əks artilleriya batareyası radarları da daxildir.

Xatırladaq ki, ABŞ 2014-cü ildən 2021-ci ilə qədər Ukraynaya təxminən 2,7 milyard dollar hərbi yardım göndərib.

"The Washington Post"un məlumatına görə, Ukrayna ABŞ-dan ən çox hərbi yardım alan ölkə kimi bu siyahıda Misir və İsraili geridə qoyub. 

Eyni zamanda, Ukraynada müharibə başlayandan bəri bu yardımın həcmi 3,8 milyard dollar təşkil edib. Bu günlərdə ediləcək 100 milyon dollarlıq hərbi yardımı da bunun üstünə gəlsək fantastik rəqəm alınacaq. Görəsən ABŞ-ın Ukraynaya bu məhəbbətinin arxasında nə dayanır? ABŞ "Ukrayana işğala məruz qaldığı üçün ona yardım edib" fikiri ilə razılaşmaq mümkün deyil. Çünki dünyada işğala məruz qalan ölkələrin sayı işğal edənlərin sayından çox çoxdur. Eyni zamanda ABŞ daim işğal edən ölkə kimi tarixə düşüb. Hətta biz "Azərbaycan erməni işğalına məruz qalanda ABŞ-ın dəstəyini görmədik" deyə bilərik. Eyni zamanda 907-ci düəlişi də unutmadıq. 

YADDAŞ

907-ci düzəliş -1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilmişdir[mənbə göstərin], ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdür.

Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdir.

"Azadlığı Müdafiə Aktı" Prezident Buş administrasiyası tərəfindən 1992-ci ilin ortalarında Konqresə nüzakirəyə verilən kimi erməni lobbiçiləri (sakitcə , səssiz -küysüz amma çox effektiv) işə balamışlar.

Onlar erməni seçicilərinin sayı və gücü çox olan Massaçusets ştatından senator Con Kerriyə müraciət etmiş və Azərbaycanı ABŞ yardımından ayırrmaq işində onun sponsorluğunu istəyib.

Lobbiçilər eyni zamanda Nümayəndələr Palatasının ermənipərəst üzvlərini (xüsusən Kaliforniya ştatından) bu işə cəlb edib.

Digər tərəfin təmsilçisi olmadığı üçün erməni lobbiçiləri öz niyyətlərinə müvəffəq olub," Azadlığı Müdafiə Aktı" qanununa xüsusi "907 nömrəli bölmə" adında əlavə qəbul etdirib.

907 -ci bölmənin qeyri rəsmi tərcüməsi belədir; " Bu və ya digər qanunvericilik aktlarının... çərçivəsində Birləşmiş ştatların Azərbaycan hökumətinə yardım göstərməsi o zamana qədər mümkün olmayacaq ki, Prezident müəyyən edib, bu haqda Konqresə xəbər çatdırsın ki, Azərbaycan hökuməti bütün blokadaları, Ermənistan və Dağlıq Qarabağa qarşı zor gücün istifadəsini dayandırmaq üçün əməli iş görür".

Amerika bu əlavəsi ilə keçmiş sovet pespublikaları arasında ancaq Azərbaycana yardımı qadağan etdi.

ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.