Türkiyənin beynəlxalq adı dəyişdirildi

Türkiyənin beynəlxalq adı dəyişdirildi

Türkiyənin xarici dillərdə adı Birləşmiş Millətlər Təşkilatı səviyyəsində dəyişdirilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə tvitter hesabında yazıb.

Nazir Türkiyənin marka dəyərini artırmaq üçün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə başladılan prosesin sona çatdığını bəyan edib:

"Bu gün BMT baş katibinə göndərdiyim məktubla ölkəmizin xarici dillərdə adını BMT-də "Türkiyə" olaraq qeydə alırıq. Uğurlar".

Qeyd edək ki, bu çərçivədə, hər cür fəaliyyət və yazışmalarda, xüsusilə digər dövlətlər və beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə, "Turkey", "Turkei", "Turquie" və buna bənzər ifadələr yerinə "Türkiyə" ifadəsi işlədiləcək.