Türkiyəli nazir Kanadada Afzal ailəsinin qətlə yetirilməsinə etiraz etdi

Türkiyəli nazir Kanadada Afzal ailəsinin qətlə yetirilməsinə etiraz etdi

Türkiyə Prezident Adminstrasiyası sözçüsü İbrahim Kalın Kanadada 4 müsəlmanın öldürülməsinə sosial hesabından paylaşdığı açıqlamada münasibət bildirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, İbrahim Kalın özünün twvitter səhifəsində qeyd edib ki, hadisə yaradılan qorxunun nifrətə, nifrətin isə düşmənçilik və şiddətə çevriləcəyinə dair son nümunə hesab edilir:

"Bu, yaradılmış qorxunun nifrətə, nifrətin düşmənçiliyə və şiddətə çevirəcəyinə dair son nümunədir. Bu dəhşətli tendensiya və düşmənçiliyin qarşısı alınmalıdır".

Trending news: In Canada, the crushing of Pakistani Muslim family boils  down, PM Justin Trudeau surrounded by Islamophobia - Hindustan News Hub

Afzal ailəsi. Bu ailədən ancaq 9 yaşlı Fayez sağ qalıb

Qeyd edək ki, Kanadanın Ontario əyalətinin London şəhərində 20 yaşlı kanadalı sürücü idarə etdiyi yük maşınını səki ilə gedən, əslən pakistanlı olan Afzal ailəsinin üstünə sürüb. Ailənin 1 üzvü hadisə yerində, 3 nəfər xəstəxanada keçinib. Ailənin ancaq 9 yaşlı üzvü Fayez sağ qalıb. O, hadisə zamanı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

44 yaşlı ana Madiha Afzal Londondakı Qərb Universitetində inşaat mühəndisliyi üzrə doktorluq dərəcəsində çalışırmış. Onun əri fizioterapevt olub.

Bələdiyyə sədri Ed Holderin əmri ilə şəhərdə üç günlük matəm elan edilib, bayraqlar endirilib.