Türkiyə İsveç və Finlandiyaya 10 şərt qoydu

Türkiyə rəsmiləri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə daxil olmasına 10 şərt qoyub.
Rəsmi Ankara şərtlərini İsveç və Finlandiya nümayəndələri ilə görüşündə təqdim edib. Türkiyənin irəli sürdüyü şərtlərə bunlar daxildir:
-Hər iki ölkə Türkiyəni terrorla mübarizədə dəstəkləməlidir
-Terrorizmlə mübarizədə bütün hüquqi normaları qəbul etməlidir
-FETÖ-nün fəaliyyəti dayandırılmalı, həmin ölkələrdə kütləvi informasiya vasitələrində onların təbliği və əməkdaşlığı ləğv olunmalıdır
-Terroristlərə məxsus hesablar və aktivlər dondurulmalıdır
-Terrorist qruplarına aid şəxslər Türkiyəyə deport olunmalıdır
-Kürd və FETÖ-çuların nümayişlərinə qadağa qoyulmalıdır
-Kəşfiyyat məlumatları Türkiyə ilə bölüşülməlidir
-Mülki-müdafiə sənayesi məhsullarının çatdırılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır
-İsveç və Finlandiya NATO-ya daxil olacağı təqdirdə bütün bu öhdəliklərə şərtsiz əməl etməlidir (bakupost)