İqtisadçı alim "Şuşa səfəri"nə etiraz etdi: "Hətta turistlər üçün belə qadağalar olmadığı halda..."

İqtisadçı alim "Şuşa səfəri"nə etiraz etdi: "Hətta turistlər üçün belə qadağalar olmadığı halda..."

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu Şuşa-Bakı marşrutu ilə bağlı fikirlərini bildirib: "Bugün, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanvarın 24-dən Qarabağa planlaşdırılan avtobus səfərləri üzrə biletlərin qiymətlərini açıqlayıb.

Belə ki, Bakı-Şuşa 10.40 AZN, Bakı-Ağdam 9.40 AZN, Əhmədbəyli-Şuşa 7 AZN, Füzuli Beynəlxalq Hava Limanı - Şuşa 5 AZN, Bərdə- Ağdam 6 AZN. Bu bir gedişin qiymətidir.

Tələblərə görə səfər edən hər kəs gedişlə yanaşı geriyə dönüş bileti da almalıdırlar. Avtobuslar Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə səfər edəcək. Səfərə gedənlər Bu xəbər xoş təəssürat yaratsa da hər bir Azərbaycan vətəndaşına ondan ildə 1 dəfə yararlanması nəzərdə tutulur. Rəsmilər bunu "Qarabağa səfər etmək istəyənlərin sayı həddən artıq çoxdur. Ona görə də hər bir insana il ərzində səfər etmək üçün bir dəfə icazə verilir".

Anlamadım, səfər etmək istəyənlər çoxdursa, onda marşrutlar üzrə hər gün avtobus reysləri təşkil olunsun. Nədən Azərbaycan vətəndaşları Qarabağa ildə 1 dəfə getməlidirlər? Hətta turistlər üçün belə qadağalar olmadığı halda niyə yerli vətəndaşlara məhdudiyyətlər tətbiq edilməlidir?

Məgər Qarabağ ona görə azad edilib ki, oranı hakim ailə və ortaqları xüsusi zonaya çevirib, pul qazanmaq üçün qapalı dövlət sifarişləri ilə büdcəni talasınlar, ora, kimi istərlər onu buraxsınlar, orda azad biznesə, sərbəst hərəkətə və fəaliyyətə imkan verməsinlər? Bunun harası işğaldan azadolma sayılır ki? Vətəndaşlar Qarabağa turist kimi gəzintiyə deyil, məskunlaşmağa dəvət edilməlidir!"