Suriyada terror: Rusiya hərbçisi öldü

Suriyada terror: Rusiya hərbçisi öldü

Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində 1 Rusiya hərbçisi həlak olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumatda deyilir ki, partlayış zamanı daha 3 hərbçi yaralanıb. Yaralılar tibb müəssisəsinə yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Müdafiə Nazirliyi bildirib ki, zirehli avtomobil günün əvvəlində Hasake əyalətində Rusiya hərbi polisinin patrul yolunu yoxlayarkən naməlum partlayıcı qurğu tərəfindən partladılıb.

Rusiya hərbi departamenti vəfat etmiş əsgərin ailəsinə lazımi kömək və dəstəyi göstərəcəyini vəd edir.

Öldürülən əsgərin vəzifəsi və rütbəsi açıqlanmayıb

Rusiya Suriyada 2015-ci ildən hərbi əməliyyatlara başlayıb. Rəsmi məlumata görə, bu müddətdə ən azı 120 rus hərbçisi həlak olub.