Siyasi məhbus Ziya Əsədli azadlıqda

Siyasi məhbus Ziya Əsədli azadlıqda

Daha bir siyasi məhbus azadlığa çıxdı.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədli 3 illik həbs həyatını başa vurub. O, bu gün Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Ziya Əsədli 2017-ci ilin sentyabrın 5-də Biləsuvar rayon Məhkəməsi tərəfindən üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib. O, CM-nin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib.