Səudiyyə rejimi Yəməndə qətliam törətdi-VİDEO

Ötən gün Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr Yəmənin Hudeyda vilayətinin əl-Hali şəhərində yerləşən məcburi köçkünlərin düşərgəsinə zərbələr endirib. Aviazərbələr nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla 14 nəfər həyatını itirib, 9 nəfərin isə ağır yaralandığı diqqətə çatdırılır. Öldürülənlərin əksəriyyətinin qadın və uşaq olduğu qeyd edilir.   

Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçükün vəziyyətinə düşüb.

Dənizdən və havadan blokada ölkəyə zəruri ərzaq və tibbi ləvazımatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.

Naser Segbetullah adlı şəxsin şəkli.