Rusiya səfirini qırmızıya boyadılar

Rusiya səfirini qırmızıya boyadılar

Polşanın paytaxtı Varşavadakı anım tədbirinə qatılan Rusiya səfirinə hücum olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev 9 may Qələbə günü münasibətilə Varşavanın Zvirki və Viqura küçələrində yerləşən sovet əsgərlərinin hərbi xatirə qəbiristanlığına gül qoymağa cəhd edərkən hücuma məruz qalıb. Naməlum şəxslər Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə hücum edib. Rusiya Federasiyasının səfiri, həyat yoldaşı və onu müşayiət edən bir qrup diplomat qırmızı boya ilə boyanıb və memoriala getməsinə icazə verilməyib.

Bir neçə dəqiqə sonra hadisə yerinə gələn polis diplomatları mühasirəyə alaraq maşına mindirməyə kömək edib. Rusiya Xarici İşlər Nazirliyi hələ ki, məsələyə reaksiya verməyib.