“Rusiya pilotsuz aparatlara qarşı Ermənistana silah göndərdi...”

“Rusiya pilotsuz aparatlara qarşı Ermənistana silah göndərdi...”
“Asia Times”: “Rusiya pilotsuz aparatlara qarşı Ermənistana silah göndərdi...” Dağlıq Qarabağdakı münaqişə rusları Ermənistaan pilotsuz uçan aparatlara qarşı silah göndərməyə məcbur edib. Bu haqda Honkonqun “Asia Times” nəşri yazır. Qəzet qeyd edir ki, Ermənistan KTMT-nin üzvüdür və Rusiya öz müttəfiqini, eyni zamanda oradakı hərbi obyektlərini Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə və İsrail istehsalı olan dronlarından qorumağa çalışır. “Rusiya hərbi mənbələri və KİV-ləri xəbər verirlər ki, artıq Ermənistan ərazisinə çoxfunksiyalı mobil radioelektron mübarizə vasitələri olan “Krasuxa-4” kompleksləri çatdırılıb. Bu, Rusiya Silahlı Qüvvələrinin arsenalında olan ən müasir və ən mükəmməl radioelektron mübarizə qurğusudur”,-qəzet bildirir. Xatırladılır ki, Rusiya bundan əvvəl “Krasuxa-4” komplekslərini Suriyadakı Hmeymim aviabazasında yerləşdirib və həmin vaxtdan bəri yaraqlıların pilotsuz aparatlarının hücumlarını dəf edir. 2018-ci ildə isə kompleks ABŞ-ın “Tomoqavk” qanadlı raketlərinə qarşı tətbiq edilmişdi. “Əgər bu həqiqətdirsə, hansı ki, hələlik heç kim bunu inkar etmir, o zaman “Krasuxa-4” kompleksləri artıq Ermənistandakı 102-ci bazada olmalıdır”,-Honkonq nəşri yazır. “Krasuxa-4” kompleksləri əvvəlcə hərbi bazaların və mühüm sənaye obyektlərinin ərazilərini rəqibin kosmik və aviasiya kəşfiyyatından qorumaq üçün işlənib hazırlanmışdı. Lakin sonradan ruslar bu qurğunun dronlara qarşı da effektiv olduğunu gördülər. “Krasuxa-4” PUA-ların idarəetməsinə nəzarəti ələ almır. O, GPS siqnallarını pozur və PUA baza ilə əlaqəni itirib qəzaya uğrayır. (virtualaz.org)